Şəhid Elşən Yunisli dəfn edildi - YENİLƏNİB

27 İyun 2021 11:25

11:25

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli dəfn edilib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailə üzvləri, kənd sakinləri iştirak edib.

E. Yunisli rayonun Təzəkənd kənd qəbiristanlığında dəfn edilib

Dəfndən sonra havaya yaylım atəşi açılıb.

-------

10:59

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, şəhid Elşən Fazil oğlu Yunislinin nəşi rayonunun Təzəkənd kəndində gətirilib.

Mərasimdə Rayon İcra Hakimiyyətin nümayəndələri, şəhid ailə üzvləri, kənd sakinləri iştirak edir.

Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Milli.Az