Sumqayıtda iki avtomobil toqquşub, bir nəfər ölüb

27 İyun 2021 10:24

Sumqayıtda iki avtomobil toqquşub, ölən var.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhərin Səməd Vurğun küçəsində ağır qəza baş verib.

Hərəkətdə olan "Lexus" markalı avtomobil qarşısında olan "Opel" markalı avtomobilə dəyib. Zərbənin gücündən "Opel" markalı avtomobil hərəkətdə olduğu yoldan çıxaraq əks istiqamətdə olan yola düşüb.

Ağır qəza nəticəsinə "Opel" markalı" avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü İsmayılov Ramil Ədalət oğlu hadisə yerində ölüb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az