Narkobaronların davası: 35 ölü - FOTO

26 İyun 2021 20:36

Meksikanın Zakatekas ştatında narkotik kartelləri arasında baş verən qarşıdurmada ən az 35 nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, San-Xuan-Kapistrano kəndində "Xaliskonun Yeni Nəsli" (CJNG) və "Sinaloa" kartelinin üzvləri bir-birlərinə hücum çəkiblər. Cümə axşamı günortadan sonra başlayan qarşıdurma cümə səhəri bitib.

Hadisə yerinə Meksika Ordusu və Dövlət Baş Prokurorluğunun üzvləri yollanıblar.

Ətrafda cəsədlərdən əlavə, iki yanmış pikap da aşkarlanıb.

Milli.Az