Keçmiş ərini məhkəməyə verdi, qalib gəldi - FOTOlar

26 İyun 2021 18:45

Modelyer İvana Sert keçmiş əri ilə bağlı məhkəməyə müraciət edib və qalib gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, oğlu Kayon Ateşin vəlayətini anaya verən məhkəmə Sertin oğluna ayda 5 min lirə aliment ödənməsinə qərar vermişdi.

İvana Sert 8 ildir məhkəməyə müraciıt edərək alimentin artırılmasını istəyirdi. Uşağın böyüdüyünü və xərclərinin artdığını deyən moda məsləhətçisi alimentin 15 minə qaldırılmasını istəyib. Hakim alimenti 9 min 500 lirəyə qaldırıb.

Milli.Az