Homs qırğını davam edir
9 Fevral 2012 02:43
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, baş gərargahı Briyaniyada yerləşən "Suriya İnsan Haqları Müşahidəçiləri" bu gün şəhərin Baba Əmr məhəlləsinin atəşə tutulması nəticəsində 20-dən çox binanın zədələndiyini bildirmişlər. Bu hadisənin Homs şəhərinə edilən bomba hücumlarından bir gün sonra baş verdiyi bildirilir. Fəallar Homsa edilən hücumlar zamanı yüzlərlə insanın öldüyünü deyirlər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Suriyadakı böhranı sülh yolu ilə yalnız suriyalıların özləri aradan qaldırmalıdırlar. O, beynəlxalq ictimaiyyətin qabaqcadan bu danışıqları müəyyən etməsini qəbuledilməz adlandırıb.
Lavrovla görüşdə Prezident Əsəd deyib ki, o, vitse prezident Faruk əl Şəraanın müxalifətlə danışıqlara rəhbərlik etməsini istəyir.
Suriyadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu dünən Vaşinqtona yollanıb.
Milli.Az