"Survivor 2021"in qalibi İsmayıl oldu

26 İyun 2021 13:30

"Survivor 2021"in qalibi bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yarımfinala çıxan iştirakçılar ötən gün adadan İstanbula gəliblər. Səsvermədə finala İsmayıl və Poyraz qalıb.

Yanvarda Dominikan Respublikasında başlayan yarışmanın qalibi İsmayıl Balaban  olub. O, ən çox səs toplayan iştirakçı olub və 2021-ci ilin birincisi seçilib.

Milli.Az