"Barselona" yeni transferinə 400 milyon avro qiymət qoydu

26 İyun 2021 20:02

"Barselona" yeni transferi Memfis Depaya 400 milyon avro qiymət qoyub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin məlumatı təsdiqlədiyi bildirilib. Onun müqaviləsində təzminat qiyməti olaraq sözügedən məbləğ qeyd olunub.

Xatırladaq ki, "Barselona" niderlandlı hücumçu ilə 2024-cü ilin iyununa kimi müqavilə imzalayıb.

Milli.Az