Azərbaycanlı futbolçunun Türkiyə klubuna keçidi rəsmiləşdi

26 İyun 2021 17:04

"Keşlə"nin sabiq yarımmüdafiəçisi Vüsal İsgəndərlinin "Ankara Keçiörengücü"yə keçidi rəsmiləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı hücumameyilli oyunçu ilə müqavilə imzalanıb. Azərbaycan millisini üzvü birinci liqa təmsilçisi ilə 3 illik sazişə qol çəkib.

Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsüm "Keşlə"nin heyətində Azərbaycan Premyer Liqasında 26 oyun keçirib, 3 qol vurub.

Milli.Az