Ermənistanda koronavirusa yoluxanların sayı 224 728-ə çatıb

26 İyun 2021 18:05

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 93 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 728-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan bir ölüm halı qeydə alınıb. Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 506 nəfərdir.

Milli.Az