Azərbaycanlı MMA döyüşçüsü ermənini məğlub etdi - VİDEO

26 İyun 2021 12:32

MMA döyüşçüsü Elnar İbrahimov NFC fight-da (Naiza Fighting Championship) qələbə qazanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 61 kq-da erməni idmançı Varşam Qevorqyanı üstələyib.

Qazaxıstanda keçirilən görüşdə İbrahimov bütün raundları üstün bitirərək təmiz qalibiyyət əldə edib.

Milli.Az