“Instagram”da kompüterdən foto dərc etmək imkanı əlçatan olub

29 İyun 2021 22:45

"Instagram" sosial şəbəkəsinin bəzi istifadəçiləri proqramın masaüstü versiyasından foto və ya video dərc edə biliblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni funksiya sınaq rejimində bir sıra istifadəçilərə əlçatan olub. Kompüterdən şəkil və ya video yükləmək üçün yuxarı sağ küncdə yerləşdirilmiş " " işarəsinə sıxmaq lazımdır. Bundan sonra istifadəçi şəklin ölçüsünü dəyişdirə, həmçinin lazımi filtrləri tətbiq edə biləcək.

Bu funksiya əvvəllər yalnız mobil proqramda əlçatan idi.

Milli.Az