Müsəlman futbolçuların qarşısında pivə olmayacaq - UEFA-dan qərar

26 İyun 2021 10:06

Fransa millisinin müsəlman futbolçusu Pol Poqbanın Avropa çempionatında mətbuat konfransı zamanı qarşısındakı masadan pivə şüşəsini götürməsi UEFA-nı bu barədə qərar verməyə məcbur edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  qitə futbol qurumu qərar verib ki, bundan sonra Avro-2020 zamanı oyundan öncə və sonrakı mətbuat konfransında müsəlman oyunçuların qarşısında pivə şüşələri yer almayacaq.

Milli.Az