İsti hava səbəbindən çimərliklərə axın olub - VİDEO

26 İyun 2021 11:12

Son günlər havanın temperaturunun yüksək olması çimərliklərə üz tutanların sayını artırıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, isti hava səbəbindən insanlar Bakıətrafı çimərliklərə axın edib.

Hava şəraitinin isti keçməsi həmçinin günvurma məsələsini aktuallaşdırıb.

Səhiyyə Nazirliyindən günvurma hallarının yaşanıb-yaşanmaması ilə bağlı "Xəzər Xəbər"in sorğusuna münasibət bildirilib.

Qeyd edilib ki, hələlik günvurma halları ilə bağlı təcili-tibbi yardıma müraciət daxil olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az