Vüqar 6900 avro maaşdan imtina edib

26 İyun 2021 19:24

"Avstriyaya getmişdim, amma qala bilmədim. Orada biznes qurmaq istəyirdim. Deyirdim, Azərbaycanın milli qutabını hazırlayım satım".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "Səhər mərkəzi" proqramında qonaq olarkən deyib. Sənətçi bir müddət əvvəl Azərbaycandan köçmək istədiyini etiraf edib:

"Mosart adına olan teatrında işləyəckdim. Böyük qonorar verirdilər: 6900 avro maaş dedilər. O şəhər məni sıxdı. İstiqanlı ölkə deyil, soyuqdur. Qala bilmədim".

Milli.Az