"Rusiya Prezidenti Vladimir Putinlə Avropa İttifaqı Zirvəsindən kənarda görüşməyə hazıram".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
"Aİ liderlərinin Rusiyaya qarşı birgə münasibət məsələsində irəliləyiş əldə etməsindən məmnunluq duyuram. Putinlə görüşmək üçün Rusiya-Aİ Zirvəsinin təşkilinə ehtiyacım yoxdur", - Makron bildirib.
Milli.Az