Zaqatala sakinini maşın vurub

26 İyun 2021 08:33

Zaqatalada 62 yaşlı kişini maşın vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Azərbaycan prospektində baş verib.

Rayonun Qımır kənd sakini, 1959-cu il təvəllüdlü Osman Məhəmməd oğlu Həsənovu minik avtomobili vurub. Qəza zamanı baş beyin silkələnməsi və kəllənin çoxsaylı açıq yaraları xəsarətləri alan O.Həsənov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az