Yevlax-Bərdə yolunda qəza: xəsarət alanlar var

26 İyun 2021 22:27

Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtoqəza olub, 4 maşın toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iki rayon arasındakı magistral yolda baş verən avtoqəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

1971-ci il təvəllüdlü Bakı sakini Vəfa Mirzəyeva və 1988-ci il təvəllüdlü Bərdə rayon sakini S.Səlimov xəstəxanaya yerləşdirilib.

Fakjtla bağlı araşdırma aparılır.

Milli.Az