Mətbuat Şurasında jurnalistlərə vaksinin ikinci dozası vurulacaq

25 İyun 2021 16:46

İyun ayının 29-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin "COVID-19" infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.

Şuradan Milli.Az-a verilən məlumata görə, vaksinasiya 31 may 2021-ci il tarixdə vaksinin birinci dozası tətbiq edilmiş jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcəkdir.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

Milli.Az