Ramiz Mehdiyev AMEA-nın institutlarını YOXLATDIRMAĞA BAŞLADI

25 İyun 2021 16:52

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki institutlarda yoxlamalara başlanılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə qurumun nəzdində olan bütün institutlarda maliyyə yoxlamalarına start verilib.

Yolxlamalar zamanı ciddi nöqsanlar aşkarlanarsa, AMEA prezidenti materialları hüquq-mühafizə orqanlarına da göndərəcəyi bildirilir.

Milli.Az