Azərbaycan millisinin Tokio-2020-dəki bayraqdarı açıqlanıb

25 İyun 2021 12:30

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan yığmasının bayrağını Rüstəm Orucov daşıyacaq.

Milli.Az bildirir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O bildirib ki, keçən Olimpiadada qızıl medal alan idmançılardan bu ilki yarışa qatılan olmayacağı üçün gümüş medalçı Orucov bayraqdar olacaq: "Rüstəm bu baxımdan ideal seçimdir".

Milli.Az