Kapitan sıraya döndü

25 İyun 2021 12:59

İtaliya millisinin kapitanı Corsio Kyellini zədəsini sağaldıb.

Milli.Az xəbər verir ki, 37 yaşlı müdafiəçi komanda ilə məşqlərə başlayıb. Ancaq onun Acro-2020-nin 1/8 finalında Avsrtiya ilə keçiriləcək görüşdə start heyətində meydanda olmayacağı gözlənilir.

Baş məşqçi Roberto Mançininin müdafiənin mərkəzində Leonardu Bonuccu və Françesko Açerbidən istifadə edəcəyi bildirilib.

Qeyd edək ki, sabah keçiriləcək İtaliya - Avstriya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Milli.Az