AÇ-2020-nin F qrupu çərçivəsində keçirilmiş Portuqaliya - Fransa matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Fransa yığmasının hücumçusu Kərim Benzema bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında əsas pay sahiblərindən biri olub.
Belə ki, fransızların hər iki qolunu məhz Benzema vurub.
Portuqaliya - Fransa matçı 2:2 hesabıyla başa çatıb.
Milli.Az