Gürcüstanda son sutkada koronavirusa 699 nəfər yoluxub

25 İyun 2021 11:34

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 699 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 362 183, ölənlərin sayı isə 5 237 nəfərə çatıb. Virusa yoluxanlardan 348 267 nəfərin sağaldığı bildirilir.

Milli.Az