Ticarət mərkəzində atışma, ölən var

25 İyun 2021 11:09

ABŞ-ın Merilend ştatının Qlenarden şəhərindəki bir ticarət mərkəzində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Fox 5 DC" telekanalı polisə istinadən məlumat verib.

Bildirilir ki, yaralı şəxslərdən birinin vəziyyəti ağırdır, digərinin isə həyati təhlükəsi yoxdur.

Polis şübhəlilər barədə hələ ki, məlumat yaymayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az