Sevgilisi ilə görüşə çıxan Rihanna göz qamaşdırdı – FOTO

25 İyun 2021 09:27

Cəmi bir ay öncə dünyaca məşhur ifaçı Rihannanın 32 yaşlı A$AP Rocky ilə sevgili olduğu rəsmi təsdiqləndi.

"O həyatımın eşqi, mənim qadınımdır. O, milyon başqalarına dəyər", - deyə reper müsahibələrinin birində demişdi.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həmin dövrdən cütlük demək olar ki, ayrılmazdılar. Onlar tez-tez restoranlarda, gecə klublarında görünürlər. Dünən gecə isə sevgililər Nyu-Yorkda klassik videooyunları, pinbolu ilə məşhur olan Barcade barında görünüblər.

"OK Magazine" bununla bağlı kadrları təqdim edib.

Milli.Az