Ebru Gündeş boğazını sığortaladacaq
30 Aprel 2010 12:43
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, 11 il əvvəl keçirdiyi insultdan sonra özəl sığorta şirkətləri tərəfindən sığortalana bilməyən müğənniyə yalnız səsini sığortalatmaq hüququ verilmişdi. Məşhur müğənni səsini sığortalatmaq barədə niyyətini 11 il sonra açıqlayıb: "Bu məsələ əvvəl də gündəmə gəlmişdi. Amma o vaxt biganə yanaşmışdım. Bir sığorta şirkətindən reklam təklifi alandan sonra bunun vacibliyini bir daha xatırladım. Reklama çəkiləcəm, amma səsimi də sığortaladacam. Elə ən çətini də səsimə qiymət qoymaqdır".
Milli.Az