Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batıb - FOTO

24 İyun 2021 18:09

Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndindən olan iki azərbaycanlı yeniyetmə rayonda yerləşən Su Elektrik Stansiyasının yaxınlığındakı süni göldə batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 17 yaşlı yeniyetmə boğulmaq təhlükəsi ilə üzləşən 15 yaşlı kəndlisini xilas etməyə çalışıb, bu zaman hər ikisi suda batıb.

Yeniyetmələrin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az