Azərbaycanlı prodüser iş yerində öldü

24 İyun 2021 17:06

Musiqi prodüseri, aranjimançı və təşkilatçı Emil Minyaşev vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.

Qeyd edilib ki, 43 yaşlı prodüser dünən iş yerində dünyasını dəyişib.

Xatırladaq ki, Emil Minyaşev 11 noyabr 1978-ci ildə Bakıda anadan olub. O, bir çox məşhur Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edib. 

Milli.Az