Nikol yeni rus bazası üçün Moskvaya heyət göndərir

24 İyun 2021 20:30

Ermənistanda Rusiya bazasının yerləşməsi üçün torpaq verilməsi məqsədilə Ermənistan-Rusiya dövlətlərarası komissiyasının 13-cü iclası keçiriləcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

26 iyun-1 iyul arasında Moskvada keçiriləcək iclasa nümayəndə heyəti göndəriləcək. Nümayəndə heyətinin tərkibinə Ermənistan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Daşınmaz Əmlakın Kadastr Komitəsinin nümayəndələri daxil olacaq.

Milli.Az