AB-dən xəbərdarlıq: Delta ştammına bu şəxslər yoluxacaq

24 İyun 2021 20:10

2021-ci ilin sentyabrına qədər Avropa Birliyində COVİD-19-a yoluxmaların 90%-i delta ştammı ilə əlaqəli olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Avropanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mətbuat xidməti yayıb.

Mərkəz delta ştammının yay boyunca geniş dövr edəcəyini və əsas hədəfinin xüsusilə AB-dəki vaksin olunmayan gənc insanlar olacağını bildirib.

Milli.Az