Tramp: Çin artıq bütün sübutları məhv edib

24 İyun 2021 19:20

Çin hakimiyyəti koronavirusun Uhandakı laboratoriyadan yayılmasını təsdiqləyən dəlilləri artıq məhv edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

O, virusun Uhandakı laboratoriyadan yayıldığına əvvəldən əmin olduğunu bildirib:

"Düşünürəm ki, bu təsadüfən idi. Halbuki belə düşünməyənlər də var".

Qeyd edək ki, Çin hökuməti COVİD-19 virusunun mənbəyi ilə bağlı araşdırma aparmaq istəyən beynəlxalq ekspertləri Uhandakı laboratoriyaya buraxmaqdan yayınır.

Milli.Az