«Doku Umarov Azərbaycan, Gürcüstan və Ermənistan ərazisində islam dövləti qurmaq istəyir"

30 Aprel 2010 12:39
"İTAR-TASS"ın məlumatına görə, ABŞ Konqresi yanında Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyasının rəhbəri Elsi Xestinqs belə şəxslərə qarşı ABŞ-la Rusiyanın birgə mübarizə aparmasının vacibliyini bildirib. Konqresmen Umarovu "Qafqazın əmiri" adlandırıb və deyib ki, o, "Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanın suveren ərazilərində şəriət qanunları ilə idarə olunan islam dövləti qurmağa çalışır". Xestinqs Umarovun qruplaşmasının ""Taliban" üslubunda fəaliyyət göstərdiyini" bildirib.

Milli.Az