Gəncədə təcili yardım avtomobili yanıb, 1 nəfər xəsarət alıb

24 İyun 2021 17:12

Gəncədə təcili yardım avtomobilində yanğın baş verib.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Nizami rayonunda "RAF" markalı təcili yardım avtomobilinin salon hissəsi yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az