Bakıda iki marşrut avtobusu toqquşdu, 7 nəfər xəsarət aldı - FOTO

24 İyun 2021 15:45

15:45

Bakıda sərnişin avtobusları toqquşub.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət "BakuBus" MMC-dən izahat tələb olunub.

Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərimizdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

----------

13:43

Bakıda avtobusların iştirakı ilə ağır qəza baş verib.

Milli.Az xəbər verir ki, hadisə zamanı ölən və yaralananlarla bağlı məlumat yoxdur.

Milli.Az