Azərbaycanda partlayış oldu, ölən var - FOTO

24 İyun 2021 13:32

Qaxda su sexində partlayış baş verib. 

Milli.Az bildirir ki, hadisə rayon ərazisində yerləşən su sexlərinin birində baş verib.

Partlayış zamanı sexdə nəzarətçi kimi işləyən Qax sakini Aydın Şabanov yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az