İyulun 1-2-də əvvəlki illərin məzunları və V qrup üzrə qəbul imtahanları keçiriləcək

24 İyun 2021 13:28

Dövlət İmtahan Mərkəzi tərəfindən 1 və 2 iyul tarixlərində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulub.

DİM-dən Milli.Az-a verilən məlumata görə, iyulun 1-də keçiriləcək imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.

Bakı Metropolitenində sərnişindaşıma bərpa edilib - VİDEO - YENİLƏNİB
Bəzi qaraciyər, bağırsaq, qida borusu xəstəlikləri zamanı əlillik müddətsiz təyin olunacaq
Azərbaycanda son sutkada 111 nəfər COVID-19-dan sağalıb, 47 nəfər yoluxub, ölən olmayıb - VİDEO
"İmtahana buraxılış vərəqəsi"də iştirakçıların hansı tarixdə və rayonda (şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd olunub.

İyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap etməlidirlər.

4. Aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap etməlidirlər.

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Milli.Az