Menecerliyini edən Tolqa Akışla 2019-cu ildə nişanlanan Zeynep Bastık toya hazırlaşır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük toy tarixini açıqlayıb. Ötən ilin iyununda evlənmək qərarı verən cütlüyün toyuna pandemiya mane olmuşdu.
Akış və Bastık iyulun 7-də nikah masasına oturacaq. Onların toyu Çeşmedə otellərdən birində keçiriləcək.
Milli.Az