Türkiyənin Antalya şəhərində "Dostluq Gecəsi" keçirilib - FOTO

24 İyun 2021 13:40

Türkiyənin Antalya şəhərində "Dostluq Gecəsi" təşkil olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Antalya Bilim Kollecinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanı "Antalya Azərbaycan Kültür və Dayanışma" Dərnəyi təmsil edib.

Türkiyə, Azərbaycan, Rusiya və Qazaxıstan mədəniyyəti ilə tanışlıq məqsədi daşıyan proqramdan öncə, gecədə təmsil olunan ölkələrin milli yeməkləri, şiriniyyatları və suvenirlər sərgilənib. Konsert proqramında səhnə alan kiçik həmyerlilərimiz musiqi, rəqs və şeir nömrələri ilə çıxış ediblər.

Proqramın sonunda iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Milli.Az