Mahir Polşada tarix yazır - VİDEO

24 İyun 2021 13:16

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub. 

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Rusiya "Krasnodar"ı ilə yoldaşlıq matçında fərqlənib. Emreli 39-cu dəqiqədə qapıçının səhvindən sonra hesabı açıb. 

Bundan başqa Mahir komandasına bir penalti qazandırıb. Lakin Filip Mladenoviç penaltini qola çevirə bilməyib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, daha əvvəl "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib. 

Milli.Az