2020-2021-ci tədris ilində Bakı məktəblərində 20 direktorun müqaviləsinə xitam verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
M.Vəliyeva vurğulayıb ki, növbəti tədris ili üçün Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer var və Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsinə çıxarılıb.
Milli.Az