Ermənistanda COVID-19-a yoluxanların sayı 224 533 nəfərə çatıb

24 İyun 2021 12:19

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 103 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 533 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 2 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4505 nəfərə yüksəlib.

Milli.Az