Gürcüstanda koronavirusa yoluxanların sayı 361 mini keçib

24 İyun 2021 12:49

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 656 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 361 484, ölənlərin sayı isə 5 228 nəfərə çatıb. Virusa yoluxanlardan 347 653 nəfərin sağaldığı bildirilir.

Milli.Az