Bakıda ticarət mərkəzində qadınlar mağazadan alt paltarı oğurladı

24 İyun 2021 11:04

Binə Ticarət Mərkəzində oğurluq hadisəsi baş verib. 

Milli.Az Baku.ws-ə istinadən bildirir ki, görüntülərdə oğurluq anı qeydə alınıb. Kameralara düşən görüntülərdən aydın olur ki, iki qadın alt paltarları götürərək çantalarına atırlar. 

Dəyəri cuzi olan alt paltarlarını belə oğurlamağı özlərinə ar bilməyən qadınlar əməlləri ilə görənləri də heyrətləndirir. 

Xüsusi diqqət və motivasiya ilə dükana oğurluğa girən şəxslər yekunda bir neçə manatlıq alt paltarı oğurlayaraq ərazini sakitcə tərk edib.  

Milli.Az