Samux sakini Gəncədə bıçaqlanıb

24 İyun 2021 11:29

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Samux rayon sakini, 1995-ci il təvəllüdlü Rəşad Ağazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, Rəşad Ağazadəni həmyerlisi, 1987-ci il təvvəllüdlü Vüsal İbrahimov bıçaqlayıb. O, polis tərəfindən saxlanlılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az