Vətən müharibəsinin qəhrəmanı - VİDEO

24 İyun 2021 12:04

44 günlük Vətən müharibəsində canını fəda edən qəhrəmanlarımızdan biri də Niyazi İsgəndərovdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 1982-ci il oktyabrın 13-də Mingəçevirdə anadan olan Niyazinin hələ uşaqlıqdan hərbiyə böyük marağı olub.

Elə bu səbəbdən də 2014-cü ildən MAXE kimi ordu sıralarına qatılıb. 2016-cı il Aprel döyüşlərində iştirak edən igidimiz 52 qəlpə yarası alsa da, sonradan sağalaraq orduya qayıdıb.

Niyazi İsgəndərov Vətən müharibəsinin də ilk günlərində ağır xəsarət alır.

Qəhrəmanımız anası ilə danışarkən 1-ci Qarabağ müharibəsində itkin düşmüş dayısının qisasını alacağını söz verirmiş. Ölümündən bir gün əvvəl isə anasına şad xəbəri çatdırır, bayrağı Suqovuşana sancdıqlarını deyir.

İki oğul atası olan Niyazi İsgəndərov ötən il oktyabrın 4-də qəhrəmancasına şəhid olub. Nəşi 6 gün sonra ərazidən götürülərək ailəsinə təhvil verilib. O, ölmündən sonra  "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az