"Keşlə" 2 legioner hücumçu aldı

24 İyun 2021 21:26

Azərbaycan kubokunun son qalibi "Keşlə" növbəti transferini həyata keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Aldair Sapalo Amaro Neto ilə 1 illik müqavilə imzalayıb.

Portuqlaiyalı hücumçu son olaraq Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" klubunda çıxış edib.

***

"Keşlə" daha bir transferini açıqlayıb. Seneqallı futbolçu Oumar Qudiabi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı hücumçunun son komandası Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" olub.

Milli.Az