Mbappe PSJ ilə bağlı qərarını verdi

24 İyun 2021 09:39

PSJ-nin hücumçusu Kilian Mbappe klubdan ayrılmağa yaxındır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" yazıb.

Nəşrin məlumatına görə, hücumçu artıq PSL layihəsinə inanmır və komanda rəhbərliyinə ayrılmaq istədiyi barədə xəbər verib.

Qeyd edək ki, PSJ Mbappenin satışından ən azı 120-150 milyon avro qazanmağı planlaşdırır.

Milli.Az