Məşhur alim yeni ştamm barədə: “Xəstənin yanından maskasız keçmək yoluxmağa kifayət edir”

24 İyun 2021 09:34

Hindistanlı alim yeni ştamm barədə: "Xəstənin yanından maskasız keçmək yoluxmağa kifayət edir"

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hindistanda aşkar edilən koronavirus ştammı "delta plus" çox yüksək səviyyədə yoluxuculuğa malikdir.

Bu barədə "India Today" Ümumhindistan Tibb Elmləri İnstitutunun rəhbəri Randip Quleriyoya istinadən məlumat yayıb.

Alim bildirib ki, sözügedən ştamma yoluxan şəxsin yanından maskasız sadəcə keçmək kifayət edir ki, xəstəliyə yoluxasan.

Milli.Az