Hər il peyvəndlənməyə ehtiyac var? - Professor Yen Consun mövqeyi

27 İyun 2021 12:45

Koronavirusa qarşı hər il və gələcəkdə bəlkə də iki ildə bir yenidən peyvəndləmə tələb oluna bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Reading Universitetinin virologiya professoru Yen Cons bildirib.

Onun sözlərinə görə, son dəlillər mövcud peyvəndlərə qarşı immunitetin əvvəlcə düşünüləndən daha uzun müddət davam etdiyini göstərir.

Mütəxəssis qeyd edib ki, əgər koronavirus insan populyasiyasından çıxarsa və ya zəifləyərsə, onda təkrar peyvənd daha az tələb oluna bilər.

Milli.Az