İstanbulda azərbaycanlı güllələndi - VİDEO

24 İyun 2021 08:27

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.

Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.

Təqsirkarlar hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.

Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.

Milli.Az